İnklüziya dedikdə digər uşaqlar üçün də əlçatan və onların da bəhrələnməyinə şərait yaratmaqla müxtəlif əqli və fiziki imkanlı uşaqların (həm xüsusi istedadlı, həm də əlilliyi olan) məktəb və tədrisin bütün aspektlərinə tam şəkildə cəlb edilməsi nəzərdə tutulur. Çünki, təhsil sosial proseslərə təsir göstərən mühüm faktor olmaqla, şəxsiyyəti şərtləndirən keyfiyyət və dəyərlərin formalaşmasına xidmət edir. Demokratik təhsil cəmiyyətin bütün üzvlərinin - istər sağlam, istərsə də əlilliyi olan insanların bərabər təhsil alma hüquqlarını təmin edir. Bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına şərait yaratmış olar. Belə bir imkanı isə yalnız inklüziv təhsil yarada bilər. İnklüziv təhsil dedikdə, xüsusi təhsil ehtiyacları və digər səbəblərdən yaranan maneələrə baxmayaraq, bütün uşaqların onlara yaxın ərazidə yerləşən ümumtəhsil məktəblərində, yaş kateqoriyasına uyğun olan siniflərdə keyfiyyətli təhsilə cəlb edilməsi və təlimdə nailiyyət əldə etmələri üçün onlara lazımi dəstəyin göstərilməsi nəzərdə tutulur. İnklüziv təhsil xüsusi təhsil ehtiyacı olan uşaqların öz potensiallarına nail olma imkanını dəstəkləyir, xüsusi təhsil ehtiyacı olan uşaqlarda özünəinamı artırır və digər tipik inkişaf edən uşaqlarla bərabərhüquqlu edir. Müasir dövrümüz xüsusi təhsil ehtiyacı olan şəxslərin və onların qanuni himayəçilərinin təhsil ehtiyacları barədə ictimai məlumatlılığının artırılmasını, onların Azərbaycan Respublikasının təhsil qanunvericiliyi və beynəlxalq konvensiyalarda əks olunmuş təhsil hüquqları barədə təlimatlandırmağı zəruri edir. Bu konfransın keçirilməsində məqsəd müxtəlif əqli və fiziki imkanlı uşaqların geniş çeşidli adi sinif fəaliyyətlərinə cəlb edilməsinə dair məsləhət və strategiyalar axtarışında olan namizəd müəllimlər və hazırda çalışan sinif müəllimləri üçün nəzəri və praktiki biliklər verməkdir.
1. İNKLÜZİV TƏHSİL ANLAYIŞI, TARİXİ İNKİŞAF MƏRHƏLƏLƏRİ, PRİNSİPLƏRİ VƏ XÜSUSİYYƏTLƏRİ
- İnklüziv təhsil anlayışı
- İnklüziv təhsilin tarixi inkişaf mərhələləri
- İnklüziv təhsilin prinsipləri
- İnklüziv təhsilin xüsusiyyətləri
2. İNKLÜZİV TƏHSİL MÜHİTİNDƏ TƏDRİS PLANLARININ HAZIRLANMASI
-Tədris planının tərtib olunması
-Tədris planına adaptasıyanın zəruriliyini aşkar etmək üçün suallar
-Fərdi məqsədlərlə tədris planı arasında əlaqənin aşkara çıxarılması
-Təhsil mühitinin modifikasiyası
-Tədris vasitəsi kimi tapşırığın təhlili
3. İNKLÜZİV TƏHSİL SAHƏSİNDƏ DÖVLƏT SİYASƏTİ
-2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə” Dövlət Proqramı
-Azərbaycanda inklüziv təhsilin qanunvericilik əsasları
4. AZƏRBAYCANDA ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN TƏHSİLİ SAHƏSİNDƏ MÖVCUD VƏZİYYƏT
-İnklüziv siniflərdə təlimin təşkili
-İnklüziv təhsildə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi
Kağızın ölçüsü: A4
Boş sahə: hər tərəfdən 2 sm
Şrift: Times New Roman, 12 pt
Sətirarası interval: 1,15 sm.
Abzas: 1,25 sm
Məqalənin adı: ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin soyadı, adı, atasının adı: ortadan, qalın şriftlə
İş yeri, şəhər, ölkə: ortadan, qalın şriftlə
E-poçt ünvanı: ortadan, qalın şriftlə
Açar sözlər (5-7 söz): Azərbaycan, türk, ingilis və rus dillərində
Xülasə (50-60 söz): məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi: 3-7 səhifə (məqalənin bütün tərtibatı daxil olmaqla)
Ədəbiyyata istinadlar: APA tərzinə uyğun olaraq – cümlənin sonunda dəyirmi mötərizə içində müəllifin (və ya müəlliflərin) soyadı, nəşr tarixi, səhifə.
Nümunə üçün: (Səmədova, 2024: 65)
Ədəbiyyat siyahısı: Mətndə qeyd olunan hər bir mənbə ədəbiyyat siyahısında əksolunur. Siyahı müəllifin adı ilə əlifba sırası ilə tərtib edilir.
Nümunə üçün:
1. Kofil, M. V. & Hubbard, R. G. (2019). Wiley revenue recognition: Rules and scenarios. Journal of Productivity, NY: Columbia University Press, s. 116-127.
2. Səmədova, R. A. (2024). Təhsilin ictimai münasibətlərə təsiri. Elmi əsərlər, Bakı: SƏS Nəşriyyatı, s.393-407.
3. Yılmaz, E. (2021). Türkiye’de kapsayıcı eğitim. Ankara Üniversitesi Dergisi, s.41-46