Dəvət Məktubu

Dəyərli elm adamı!
19-20 noyabr 2024-cü il tarixlərində üz-üzə keçirəcəyimiz “İnklüziv təhsil: reallıqlar, nailiyyətlər, pespektivlər” I Respublika Elmi Konfransda iştirakınızdan məmnun olarıq. Düşüncələrin bir olması, elmi yeniliklərin müzakirəsi və yeni layihələrə zəmin yaratması məqsədi ilə, Siz dəyərli elm adamlarını şərqin qapısı – Naxçıvana dəvət edirik. Etik prinsiplər və orijinal tədqiqatların yer alacağı konqremizdə təqdim olunan məqalə və tezislər dəqiqliklə incələnəcək və sonda konfrans kitabında nəşr olunacaqdır. Konfransımıza dəyərli tədqiqatlarınızla qatılmağınızı arzu edirik.

Hörmətlə,
“İnklüziv təhsil: reallıqlar, nailiyyətlər, pespektivlər” I Respublika Elmi Konfransının təşkilat komitəsi